Bıçaqla xəsarət yetirən şəxs saxlanıldı –Açıqlama

634 7-03-2019, 10:45 kriminal

Bıçaqla xəsarət yetirən şəxs saxlanıldı –AçıqlamaMartın 3-ü gecə radələrində Ağcabədi rayon Hüsülü kəndi ərazisindən Rey Rüstəmovun kəsilmiş-deşilmiş yaralarla rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyi barədə RPŞ-yə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Strateq.az-a verilən məlumata görə, yaralıya tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

Məlumatla əlaqədar Ağcabədi Rayon Polis Şöbəsini əməkdaşları tərəfindən peşəkarlıqla keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində həmkəndlisinə xəsarət yetirməkdə şübhəli bilinən Elçin Verdiyev saxlanılaraq istintaqa təhvil verilib.

Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ