OLİQARXLAR ORQANLARIMIZI DA XARİCƏ SATACAQ! – Qnun layihəsi Milli Məclisdədir

456 13-03-2019, 13:20 cemiyyet

OLİQARXLAR ORQANLARIMIZI DA XARİCƏ SATACAQ! – Qnun layihəsi Milli MəclisdədirAzərbaycanda insan orqanlarının alqı-satqısını leqallaşdıran qanun layihəsi müzakirəyə çıxarılıb. Milli Məclisin dünəndən etibarən müzakirə etdiyi qanun layihəsinə əsasən donor olmaq üçün artıq pasiyentlə birinci dərəcədən qohumluq əlaqəsinə malik olmaq məcburi deyil. Yəni qohum olmayanlar da öz orqanlarını başqalarına verə bilər. Bu, Azərbaycanın adının son illərdə dəfələrlə beynəlxalq orqan alveri mafiyasının işi üzrə hallanmasından sonra baş verir.

Hərçənd qanun layihəsində canlı donordan donor orqanın götürülməsinə dair məhdudiyyətin dairəsi genişləndirilib. “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin 19-cu (Canlı donordan donor orqanın götürülməsinə məhdudiyyət) maddəsinə əsasən, resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan götürülməsi qadağandır. Bu xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti tərəfindən müəyyən olunur.

Orada göstərilir ki, 18 yaşına çatmamış şəxsdən transplantasiya məqsədilə ilə orqan və toxumaların (sümük iliyi istisna olmaqla) götürülməsi qadağandır.

Layihədə bildirilib ki, resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideyn himayəsindən məhrum uşaqlardan, hərbi əsirlərdən və fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağan edilir.

Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpa olunmaz pozğunluqlar yaranmasın.
OLİQARXLAR ORQANLARIMIZI DA XARİCƏ SATACAQ! – Qnun layihəsi Milli Məclisdədir
Layihəyə əsasən habelə Azərbaycanda donorluqla əlaqədar əmək qabiliyyətini müvəqqəti itirən şəxs əmək haqqının 100 faizi (tam) məbləğində müavinət alacaq. Qanunun layihəsinin 20-ci (canlı donorun hüquq və vəzifələri) maddəsinə əsasən, canlı donorun tibb müəssisəsindən tibbi əməliyyatla bağlı, o cümlədən, baş verə biləcək ağırlaşmalar barədə tam və obyektiv məlumat almaq, bu əməliyyatla bağlı dövlət tibb müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada müalicə və reablitasiya olunmaq, o cümlədən dərman vasitələri ilə təmin olunmaq, istənilən an öz donor orqanını verməkdən imtina etmək, daimi dispanser müşahidəsində olmaq, özünə orqan köçürülməsinə ehtiyac yaranarsa, donor orqanı ilə növbədənkənar təmin olunmaq, donorluqla əlaqədar əmək qabiliyyətini müvəqqəti itirdikdə əmək haqqının 100 faizi (tam) məbləğində müavinət almaq, donorluqla əlaqədar əlil olarsa, əmək stajından və pensiya kapitalının məbləğindən asılı olmayaraq pensiya almaq hüququ əldə etmək hüquqları var.

Orqanların köçürülməsinə razılıq verən donor özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verməlidir.
OLİQARXLAR ORQANLARIMIZI DA XARİCƏ SATACAQ! – Qnun layihəsi Milli Məclisdədir
Qanun layihəsi habelə özəl kilinakalara da donorlardan orqan alıb transplantasiya etməyə icazə verir. Bunun üçün müvafiq lisenziyanın olması kifayət edəcək. Xatırladaq ki, məhz bir sıra özəl klinikalar beynəlxalq orqan alveri mafiyası ilə əlbir idi.

“AzPolitika.info” onu da əlavə edir ki, Azərbaycanda özəl klinikaların əksəriyyətinin sahibi xalqının sərvətlərini talamaqla məşğul olan oliqarx məmurlardır. Bu qanunun qəbul edilməsi onlara imkan verəcək ki, ağır şəraitdə yaşayan, sosial problemlər içərisində boğulan insanların müxtəlif orqanlarını ucuz qiymətə alaraq yəhudilərə, ingilislərə, fransızlara baha qiymətdən satıb böyük pullar qazansınlar.

Heç şbhəsiz qanunu müəlllifi də onlardır. Düzdür, əvvəl də, elə indi də bəzi özəl klinikalar bu işlə gizli məşğul oluduğuna dair məlumatlar var… Ancaq qanunsuz olduğundan, kütləvi əməliyyatlar həyata keçirə bilmirdilər. Qanun qəbul olunrsa bunu kütləviləşdirəcək, müxtəlif şirnikləndirici vədlərlə Azərbaycanın gənc nəslinin orqanları hesabına 100 milyonlar qazanacaqlar. Ona görə də belə bir qanunun qəbul edilməsi millətin genefonduna qəsd kimi qəbul edilə bilər.

Şübhə etmirik ki, ölkə Prezidenti bu qanun qəbuluna imkan verməyəcək!

Rasim
AzPolitika.inf

XƏBƏR LENTİ