Nüşabə Şəki olayında adını hallandıranların ünvanına təhqiredici ifadələr işlətdi

1 091 15-03-2019, 13:41 sou

Nüşabə Şəki olayında adını hallandıranların ünvanına təhqiredici ifadələr işlətdiMüğənni Afət Fərmanqızının Nəsiminin “Sığmazam” qəzəlinə ifa etdiyi mahnıya məzəli videorolik hazırlayan Şəki Mərkəzi xəstəxanasının beş əməkdaşı işdən qovulub.

Məsələylə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Moderator.az-a açıqlamasında həmin işçilərin öz ərizələri ilə işdən çıxarıldığını bildirib:

“Şəki Mərkəzi Xəstəxanasında qalmaqala səbəb olan videoya biz də baxmışıq. İşdən çıxanlar tibb presonalıdır. Bizə verilən məlumata görə həmin işçilər özləri ərizə yazaraq işdən çıxıblar, yəni öz xahişləri ilə işdən çıxmalarını istəyiblər”.

Müğənni Afət Fərmanqızı isə saytlara açıqlamasında həmin tibb personalını Şəki Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirovun müğənni Nüşabə Ələsgərliyə görə işdən çıxardığını bildirib. A.Fərmanqızı idda edib ki, baş həkim N.Ələsgərli ilə qohumdur. Hətta A.Fərmanqızı həmin işçilərin hüquqlarını müdafiə etmək üçün vəkil tutaraq məhkəməyə müraciət edəcəyini bildirib.

Məsələyə əməkdar artist Nüşabə Ələsgərlinin də mövqeyini öyrənməyə çalışdıq. N.Ələsgərli cavab verərkən qəfildən əsəbiləşdi və onun adını bu məsələdə hallandıranların ünvanına təhqiredici ifadələr işlətdi.

Vasif Əlihüseyn

XƏBƏR LENTİ