"Oba" marketdə rüsvayçılıq: Sabah istehsal olunacaq yumurta bu gün satışa çıxarıldı - FOTO

628 16-03-2019, 22:29 cemiyyet

"Oba" marketdə rüsvayçılıq: Sabah istehsal olunacaq yumurta bu gün satışa çıxarıldı - FOTOÖtən gün “OBA” marketlər şəbəkəsində üzərində istehsal tarixi 15.03.19-cu il göstərilmiş yumurtalar satışa çıxarılıb.

Savash.org bildirir ki, həmin yumurtalar Yasamal rayonu ərazisində yerləşən mağazaların birində satılıb. Bildirək ki, 14.03.2019-cu il tarixində marketdən alınmış yumurtanın üzərində istehsal tarixi 15.03.2019-cu il kimi göstərilib.

Mediada yayılan məlumata görə, Qida Təhlükəsizliyi Agentliyi artıq məsələylə bağlı araşdırmalara başlayıb.
“Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.

Xeberdar.net

XƏBƏR LENTİ