Sabiq nazirin qardaşı azadlığa buraxıldı – Prokuror 12 il həbs istəmişdi

775 18-03-2019, 12:14 kriminal

Sabiq nazirin qardaşı azadlığa buraxıldı – Prokuror 12 il həbs istəmişdiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbəribə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Əvəz Əhmədov barəsində 2 min manat cərimə cəzası müəyyən edilib. Onun əməli Cinayət Məcəlləsinin 322-ci (özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda) maddəsinə tövsif edilib.

Ə.Əhmədov məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, prokuror çıxışında Ə.Əhmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, Ə.Əhmədov iki nəfərdən – Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.

H.Əskərov daha əvvəl Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

H.Əskərov da dələduzluq ittihamı ilə həbs edilib və hazırda ibtidai istintaqı davam etdirilir. Onun barəsində bu iş üzrə digər zərərçəkmiş R.Tahirova qarşı dələduzluq etmə ittihamı irəli sürülüb.

H.Əskərov R.Tahirovun arvadının qohumudur.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Ə.Əmədov bir neçə dövlət orqanında çalışıb.

Xeberdar.net

XƏBƏR LENTİ