XAÇMAZDA AMANSIZ QƏTL: AĞLASIĞMAZ DETALLAR-Şairə xanım - yerli məmurların hədəfində IV yazı

1 458 4-04-2019, 18:13 siyaset / kriminal / gundem

XAÇMAZDA AMANSIZ QƏTL: AĞLASIĞMAZ DETALLAR-Şairə xanım - yerli məmurların hədəfində IV yazı Xeberdar.net I yazı
Xeberdar.ney III yazı

Əbülfəz Hüseynovdan sonra rayona icra hakimiyyəti başçısı təyin olunan Şəmsəddin Xanbabayevin bazara münasibətlərindən yazmamış, rayonun idarəetməsindəki “sirrlərə” toxunsaq yerinə düşər. Çünki, rayonun icra aparatındakı real mənzərəni bilməyi, Nəcimə xanımın qətlinin açılmasına aparan yolda, bir çırağa bənzətmək olar.

Əvvəla onu qeyd edək ki, Əbülfəz Hüseynovu Xaçmaz əhalisi, prezidentin köməkçisi Tariyel Ağayevin qudası kimi tanıyırdı. Əbülfəz Hüseynov Xaçmazdakı taxt-tacına çıxan kimi dərhal Nəcimə xanıma xəbər göndərərək, ondan bazarın sənədlərini tələb edir. Səbəb isə, gün kimi aydın idi.
İşlədiyi müddətdə icra aparatının işçiləri tərəfində söylənən fikirlərə görə, özünə “hətta 10 şirvan rüşvəti belə alan adam kimi” imic qazanan bu şəxs, hətta dövlət tədbirlərində stolda qalan konfetləri də yığıb, evinə aparan bir icra başçısı kimi tanınırdı. Bundan başqa, davranışlarına görə “Əbiş” ləqəbi qazanan bu şəxs, özü də etiraf edirdi ki, oturduğu vəzifədə söz sahibi deyil, əksinə kimin və ya kimlərinsə əlinə baxır. Beləki, paytaxtda Abel Məhərrəmov, İlham Əliyev ( Prezident Adminostrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni, millət vəkili ) kimi hamiləri olan Adıgözəl Tağıyev, onun səlahiyyətlərini mənimsəyərək, rayonu təkbaşına idarə edirdi. Əslində həmin dövrdə Dövlət Torpaq Komitəsinin Xaçmaz rayon şöbəsinin müdiri vəzifəsini daşıyan A.Tağıyev faktiki olaraq bütün torpaq və özəlləşdirmə sektorunu nəzarətə götürmüş, həlledici qərarları öz ixtiyarında saxlamışdı.
Əbülfəz Hüseynov bunu sonda özü də Nəcimə xanıma etiraf edir ki, “balalarımın canı üçün məndə günah yoxdu, bu otağımda sakit oturmuşdum, hamısı sizinkilər (Adgözəl Tağıyev, Nazim Ağayev) elədi”.
Adıgözəl Tağıyev və Nazim Ağayev rayona yeni təyin olunmuş Əbülfəz Hüseynova Nəcimə xanımı necə təqdim edirlərsə, bunu sonradan öz əməlləri ilə göstərən icra başçısı hətta onu, vaxtilə 9 nəfərlə qurduğu YAP – Xaçmaz rayon təşkilatının iclasından belə çölə çıxarır. Adəti üzrə iclasda, ön sıralarda oturan Nəcimə xanıma üz tutan icra başçısı, “qalxın ayağa, xahiş edirəm, bütün dəvətsiz gələnlər, zalı tərk eləsin” deyib, onu iclasdan qovur. Öz adətinə görə, həmişə təmkinini, səviyyəsini qoruyan Nəcimə xanım, heç kəsə heç nə demədən binanı tərk edir.
Bütün bunları etməkdə isə Adıgözəl Tağıyev və Nazim Hacıyevin tək məqsədi bazarı ələ keçirmək olur. O zamanda ortada olan bütün “bazar oyunlarının” ideya müəllifi və icraçısı Adıgözəl Tağıyevdir.
Beləki, plana görə, onsuz da bir tərəfi “Köhnə Avtobaza” olan bu bazarın, qonşuluğundakı adıçəkilən ərazi, rayonun digər iş adamı Aydın Əsgərbəylinin əlində idi. Keçən yazılarda qeyd etdim ki, orda da “Bazar düzü” adlı Ticarət Mərkəzi açılmışdı. A.Tağıyevin planına görə, bu tərəfi də özü götürüb, hər iki bazarı birləşdirib, böyük bir yarmarka yaradıb, biznes quracaq, çoxlu pul qazanacaqdılar. Bütün bu oyunu həyata keçirmək üçün isə, ən əvvəl Nəcimə xanımı rayon rəhbərliyinin gözündən salmaq, onun nüfuzunu aşağılamaq lazım idi. Bu proqram isə Nazim Ağayevin dəstəyi ilə uğurla həyata keçirilirdi. Nazim Ağayevin bu planın sonunda nə ilə və necə mükafatlandırılacağını bilməsək də, göz qabağında baş verən mənzərə bu idi. Hətta bu problem böyüyüb, o zamankı millət vəkili İsmayıl Ömərova qədər də uzanıb gedir. İsmayıl Ömərov da Əbülfəz Hüseynovla qohumluq əlaqələri olan bir şəxs kimi, söz verir ki, problemin həllində öz köməyini əsirgəməyəcək. Əslində isə ortada həll olunacaq problem, paytaxta güclü arxası olan Adgözəl Tağıyevin tamahına qalib gəlmək idi. Bütün rayona sahiblik edən bu şəxs, heç bir şərt altında iddiasından çəkilmir, müxtəlif şəxslər və yollarla bazarı mənimsəmək istəyirdi.
Bundan ötrü Nəcimə xanıma hər cür psixoloji təzyiqlər, barəsində əsassız şikayət məktubları təşkil edilir, fürsət düşən kimi onu qıcıqlandırırdılar.
Ötən yazılarımda qeyd etdiyim kimi, Nəcimə xanım, sərt tənqid edən şairə olmaqla yanaşı, gənc yaşlarından ürək və şəkərli diabet xəstəsi idi. Onun hər dəfə əsəbləşəndə ayaqlarının şişməsini, iki dəfə ağır infarkt keçirdiyini bilən bu şəxslər, qəsdən, bilərəkdən onu qıcıqlandırıb, sağlamlığının pozulması üçün əllərindən gələni edirdilər. Hər dəfə, xırda bir şeydən əsəbləşəndə günlərlə vəziyyəti ağırlaşan şairə xanım, bu illər ərzində ancaq həkim müalicəsinin hesabına ayaqda qala bilirdi. Məkrli və tamahkar məmur ordusu ilə üz-üzə tək qalan şairə xanım, dərdini heç kəsə deyə bilmir, ancaq şerlər yazır, kitablar dərc etdirirdi.
Nəhayət ki, bütün olanlardan bezən Nəcimə xanım, prezidentlə görüşə nail olub, başına gələnləri, detallı şəkildə dövlət başçısına çatdırmağa imkan tapa bilir və...
Ölkə başçısı bir sərəncamla Əbülfəz Hüseynovu vəzifəsindən azad edərək, onun yerinə Şəmsəddin Xanbabayevi təqdim edir.
Şəmsəddin Xanbabayev isə, necə deyərlər, olduqca “köhnə və təcrübəli qurd” olduğu üçün, əvvəl rayonda idarəetməni qaydaya salmağa başlayır.
Vəzifəsinin icrasına başlayan iki aydan sonra Nəcimə xanımı öz kabinetinə dəvət edərək, ona, prezidentə yazdığı şikayət məktubunu da göstərərək, “sən mənim bacımsan, nə qədər ki, mən varam, heç kimin səninlə işi ola bilməz” deyə müraciət edir. İki il sürən amansız mübarizədən sonra, belə bir vəd Nəcimə xanımı kövrəldir və o, tam arxayın öz işi ilə məşğul olmağa başlayır.
Təəsüf ki, bu zaman heç onun ağlına da gəlməzdi ki, hələ görəcəkləri qarşıdadır. Bu dəfə şairəni elə sınaqlar gözləyirdi ki, bunlar ona öz həyatı bahasına başa gələcəkdi. Yeni və daha dəhşətli faciə hələ qabaqdaydı...

P.S. Ömrünü rayon rəhbər və vəzifəli şəxsləri ilə məhkəmələrdə, mübahisələrdə keçirən Nəcibə xanım, günlərin birində, 15 sentyabr 2010-cu ildə “Arzu” MMC-nin təsisçisi və direktoru Nəcimə Babayeva yaşadığı evdə qəsdən, xüsusi amasızlıqla, vəhşicəsinə qətlə yetirilir. Əvvəlcə Xaçmaz Rayon Prokurorluğunda fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlansa da, bizə məlum olan səbəblərdən, iş üzrə istintaqın davam etdirilməsi, 20 sentyabr 2010-cu il tarixdən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılır.
2010-cu il sentyabrın 15-də 08:45-də Nəcimə Babayeva, xadimə Məlahət Məmmədova ilə mobil telefonla əlaqə saxlayaraq, sonuncudan onlara gəlib mənzildə təmizlik işləri aparmasını xahiş edir. Məlahət Məmmədova 10:35-də Nəcimə Babayevanın yaşadığı ünvana gəlir, həmin vaxt evin həyət darvazasının qapısı açıq olduğundan, heç kəsi çağırmadan, evə daxil olur və bu zaman 1-ci mərtəbədə, mətbəxdə qan gölməçəsinin içində Nəcimə Babayevanın meyitini görərək qışqırıb küçəyə qaçır. Xadimənin səsinə evin 2-ci mərtəbəsində yatan Nəcimə Babayevanın qızı Gülnarə Həbibova yuxudan ayılıb. 1-ci mərtəbəyə düşüb və mətbəxdə anasının meyitini görür.
Məhkəmə tibb ekspertizası, mərhum Nəcimə Babayevanın boğazının kəsilərək qətlə yetirilməsi haqda rəy verir.
Qatil və qatillər, sifarişçilər isə bu günə qədər “heç kəsə məlum deyil”...

(ardı var...)

Cəmil Məmmədli

XAÇMAZDA AMANSIZ QƏTL: AĞLASIĞMAZ DETALLAR-Şairə xanım - yerli məmurların hədəfində IV yazı
XAÇMAZDA AMANSIZ QƏTL: AĞLASIĞMAZ DETALLAR-Şairə xanım - yerli məmurların hədəfində IV yazı
XAÇMAZDA AMANSIZ QƏTL: AĞLASIĞMAZ DETALLAR-Şairə xanım - yerli məmurların hədəfində IV yazı
XAÇMAZDA AMANSIZ QƏTL: AĞLASIĞMAZ DETALLAR-Şairə xanım - yerli məmurların hədəfində IV yazı
XAÇMAZDA AMANSIZ QƏTL: AĞLASIĞMAZ DETALLAR-Şairə xanım - yerli məmurların hədəfində IV yazı
XAÇMAZDA AMANSIZ QƏTL: AĞLASIĞMAZ DETALLAR-Şairə xanım - yerli məmurların hədəfində IV yazı
XAÇMAZDA AMANSIZ QƏTL: AĞLASIĞMAZ DETALLAR-Şairə xanım - yerli məmurların hədəfində IV yazı
XAÇMAZDA AMANSIZ QƏTL: AĞLASIĞMAZ DETALLAR-Şairə xanım - yerli məmurların hədəfində IV yazı
XAÇMAZDA AMANSIZ QƏTL: AĞLASIĞMAZ DETALLAR-Şairə xanım - yerli məmurların hədəfində IV yazı
XAÇMAZDA AMANSIZ QƏTL: AĞLASIĞMAZ DETALLAR-Şairə xanım - yerli məmurların hədəfində IV yazı
XAÇMAZDA AMANSIZ QƏTL: AĞLASIĞMAZ DETALLAR-Şairə xanım - yerli məmurların hədəfində IV yazı
XAÇMAZDA AMANSIZ QƏTL: AĞLASIĞMAZ DETALLAR-Şairə xanım - yerli məmurların hədəfində IV yazı
XAÇMAZDA AMANSIZ QƏTL: AĞLASIĞMAZ DETALLAR-Şairə xanım - yerli məmurların hədəfində IV yazı

XƏBƏR LENTİ