Düşmən Tərtərdə 20 milyon dollarlıq neft hasil edə bilər?..

560 16-04-2019, 13:58 cemiyyet

Düşmən Tərtərdə 20 milyon dollarlıq neft hasil edə bilər?..Qəsbkar ermənilər Azərbaycanın Tərtər rayonunun işğal altındakı Suqovuşan (“Madagiz”) kəndi yaxınlığındakı daş kömür mədənləri vasitəsilə 400 min ton neft əldə etməyə hazırlaşır.

Moderator.az xəbər verir ki, bu haqda son açıqlamasında Xankəndindəki separatçı-terrorçu rejimin keçmiş “dövlət naziri”, “Azad vətən” “partiya”sının sədri Araik Arutyunyan məlumat verib. Onun sözlərinə görə, 2015-ci ildə Ermənistan politexnik universiteti Suqovuşan ərazisindəki kömür yatağında tədqiqat aparıb və buradakı kömür ehtiyatlarından sintetik yolla neft əldə etməyin mümkün olduğunu müəyyən edib. Məlum olub ki, mədəndən təxmnən 400 min ton və ya 20 milyon dollarlıq “qara qızıl” əəldə etmək olar. Universitet neftin istismarı sxemini də hazırlayıb. Lakin 2016-cı ilin Aprel savaşı buna mane olub.
Xeberdar.net

XƏBƏR LENTİ