Şəkidə polis əməliyyatı:24 yaşlı gənc tutuldu

810 18-04-2019, 12:39 kriminal

Şəkidə polis əməliyyatı:24 yaşlı gənc tutulduŞəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçiriblər.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Xeberdar.net-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, 24 yaşlı Mirseyid Ağababayev saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman oradan müxtəlif plastik qablarda kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə bitkisinin şitilləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ