ABŞ alimləri saqqalın kişilərin gücünü artırdığını təsdiqlədi...- Araşdırma Eksperimentə qatılan 50 saqqallı əsgərdən heç biri döyüşlərdə nə yaralanıb, nə də ölüb... Pentaqon hərbçilərin saqqal saxlamasını təkid edən yeni qanun qəbul edib...

1 859 25-04-2019, 12:12 maraqli

ABŞ alimləri saqqalın kişilərin gücünü artırdığını təsdiqlədi...- Araşdırma Eksperimentə qatılan 50 saqqallı əsgərdən heç biri döyüşlərdə nə yaralanıb, nə də ölüb... Pentaqon hərbçilərin saqqal saxlamasını təkid edən yeni qanun qəbul edib...Amerika Birləşmiş Ştatlarının Pentaqonla əlaqəli çalışan alimləri bir neçə il öncə saqqal saxlamağın hərbi personalın döyüş keyfiyyətlərinə necə təsir göstərdiyini öyrənmək üçün bir sıra təcrübələr aparıblar. Nəticələr heyrətləndirici idi: saqqal gücü və dözümlülüyü artıraraq əsgərlərə üstünlük gətirir...
ABŞ alimləri saqqalın kişilərin gücünü artırdığını təsdiqlədi...- Araşdırma Eksperimentə qatılan 50 saqqallı əsgərdən heç biri döyüşlərdə nə yaralanıb, nə də ölüb... Pentaqon hərbçilərin saqqal saxlamasını təkid edən yeni qanun qəbul edib...
"Xegis Solutions" tərəfindən aparılan tədqiqatlar göstərir ki, müntəzəm olaraq saqqal saxlanması endokrin sistemini stimullaşdıran bir kişi hormonu olan testosteronun səviyyəsini artırır. Nəticədə saqqal sahibi fiziki cəhətdən daha güclü olur, daha dəqiq və balanslı qərarlar qəbul edir, stresli vəziyyətlərdə və ya məhdud vaxt çərçivəsində daha ayıq mühakimə yürüdür. Testosteronun yalnız fiziki, psixi deyil, eyni zamanda zehni parametrlərə müsbət təsiri olduğu birmənalı olaraq təsdiqlənib. Xüsusilə, saqqalın uzanması "CFS" (XYS-xroniki yorğunluq sindromu) simptomları zamanı müsbət təsir göstərir.

Tədqiqatların nəşr olunmuş hesabatında, saqqal saxlayanların döyüş effektivliyinin artması haqda məlumatlar təqdim edilir: atış zamanı onlar hədəfi daha çox və dəqiq vururlar, eləcə də saqqallılar üzləri şumal qırxılmış, səliqəli hesab edilən həmkarlarından daha dözümlüdürlər...
ABŞ alimləri saqqalın kişilərin gücünü artırdığını təsdiqlədi...- Araşdırma Eksperimentə qatılan 50 saqqallı əsgərdən heç biri döyüşlərdə nə yaralanıb, nə də ölüb... Pentaqon hərbçilərin saqqal saxlamasını təkid edən yeni qanun qəbul edib...
Eksperimentə 100 ABŞ əsgəri qatılıb. Onlardan 25-i saqqallı, 25-i saqqal saxlamayan xüsusi təyinatlılar, 25-i tədqiqat üçün saqqal uzatmalarına icazə verilmiş, 25-i isə saqqalsız müntəzəm ordu əsgəri olub. Həmin 100 döyüşçünün hamısı Əfqanıstan savaşlarında iştirak edib.

Təcrübənin nəticəsi möhtəşəm olub: saqqal saxlayan 25 əsgərin hər biri hər cəhətdən saqqalsızlardan daha üstün idi. Saqqallı hərbçilər atışlar zamanı daha dəqiqlik göstərib və onlar saqqalsız əsgərlərdə silahlarla bağlı baş vermiş heç bir problem yaşamayıb. Saqqalsızlar tez-tez saqqallı döyüşçülərin asanlıqla öhdəsindən gəldiyi xoşagəlməz hallarla üzləşiblər.

Diqqətəlayiq əsas fakt: eksperimentə qatılmış 50 saqqallı əsgərdən heç biri nə yaralanıb, nə də öldürülüb.

Bəhs edilən araşdırmanın nəticələrinə əsaslanan Pentaqon hərbi personalın saqqal saxlamasını tənzimləyən yeni qaydalar qəbul edib. ABŞ-ın ordu generalı Ceyms E. Mattis bu mövzuda bəyanatla çıxış edib:

"Amerika Silahlı Qüvvələrinə yeni heyrətamiz faktları qəbul etmək vaxtı çatıb: gerçəklik budur ki, saqqal həyatı xilas edir. Bu baxımdan, biz bütün əsgər və zabitlərin, ən azı, bir dyum üz tükü saxlamasını tələb edirik... "

P.S. Qədimdən bəri, demək olar ki, bütün türk kişiləri, o cümlədən qəhrəman sərkərdə və döyüşçüləri, eləcə də sonradan müsəlmanların eyni qəbildən olan kişiləri əbəs yerə saqqal saxlamayıblar. Saqqalın üstünlük və faydaları barədə Peyğəmbərimizin(s) hədislərində də məlumat verilir...

Sultan Laçın

XƏBƏR LENTİ