DİN və DTX-ın birgə əməliyyat keçirdi –Zaqatalada

785 26-04-2019, 10:05 bolge

DİN və DTX-ın birgə əməliyyat keçirdi –Zaqatalada Zaqatalada meşəlik ərazidə silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan xeberdar.net-ə verilən məlumata görə, aprelin 25-də Zaqatala Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin şimal-qərb regional mərkəzinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirlər zamanı rayonun Kəbəloba kəndi ətrafında yerləşən meşəlik ərazidə şübhəli bağlama aşkar edilib.

Həmin bağlamaya baxış zamanı onun içərisində bir ədəd “ Revolver” tipli tapança, bir ədəd ov tüfəngi 23 gilizlə birlikdə, iki ədəd əl qumbarası, bir ədəd 4,5 mm-lik tapança, 680 ədəd müxtəlif silahlara məxsus güllələr, bir ədəd gecəgörmə cihazı, bir ədəd avtomat patron darağı, bir ədəd idman tapançası 2 patron darağı ilə birlikdə və bir ədəd 9 mm-lik tapança darağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ