Salyanda məktəblilər olan avtobus qəzaya düşdü – Ölən və yaralananlar var

744 6-05-2019, 10:03 hadise

Salyanda məktəblilər olan avtobus qəzaya düşdü – Ölən və yaralananlar varSalyanda idman yarışına gedən gənclərdən ibarət mikroavtobus qəzaya uğrayıb, bir nəfər ölüb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Vita” markalı avtomobil idarəetməni itirərək və yoldan çıxaraq aşıb. Hadisə nəticəsində gənc idmançılardan biri ölüb, 6 nəfər yaralanıb. Yaralılar Salyan rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ