Daha bir su xətti partladı –Nizami rayonunda sakinlər susuz qalıb

638 16-05-2019, 12:11 cemiyyet

Daha bir su xətti partladı –Nizami rayonunda sakinlər susuz qalıbBakının Nizami rayonunda su xəttində qəza baş verib.

Xeberdar.net məlumat verir ki, bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, səhər saatlarında ərazidən keçən 150 mm diametrli xətt partlayıb.

Dərhal hadisə yerinə qəza xidməti cəlb edilib və xəttə suyun verilişi dayandırılıb.

Hazırda problem aradan qaldırılır və yaxın vaxtda əraziyə suyun verilişi bərpa ediləcək.

Xatırladaq ki, hadisə nəticəsində ətraf ərazilərə içməli suyun verilişində fasilə yaranıb.

Xeberdar.net

XƏBƏR LENTİ