Ramiz Rövşənə “Avrasiya Əfsanəsi” mükafatı verildi – FOTO

576 20-05-2019, 14:04 cemiyyet

Ramiz Rövşənə “Avrasiya Əfsanəsi” mükafatı verildi – FOTOXəzər Universitetində Avrasiya Akademiyasının 3-cü Rəsmi Məclisi keçirilib.

Mursad Kajlayev (Rusiya, Dağıstan), Nasser Xəlili/Khalili (Böyük Britaniya), Ramiz Rövşən (Azərbaycan) və Celal Şengör (Türkiyə) Avrasiya Akademiyasına üzv seçilibər, onlara “Avrasiya Əfsanəsi” mükafatı təqdim olunub.

2012-ci ildə bir qrup intelektual, elm və sənət adamı arasında həm beynəlxalq, həm də regional mahiyyət daşıyan Akademiyanın yaradılması barədə məsləhətləşmələr olub. Akademiyanın təsisçiləri, əsas prinsipləri, seçilmiş üzvlərə veriləcək mükafatın ideyası, elm, texnologiya və incəsənətin müxtəlif sahələrində fərqlənən şəxslərə veriləcək medallar, Akademiyanın adı və digər məsələlər haqqında ümumi fikrə gəlinib.

Beş qurucu üzv Azərbaycan, Türkiyə və ABŞ vətəndaşıdır: professor Halil İnalcık, professor Lütfi Zadə, professor Mahmut Gazi Yaşargil, bəstəkar Arif Məlikov və professor Hamlet İsaxanlı. Avrasiya Akademiyasının baş idarəsinin Azərbaycanda olması qərara alınıb.

Avrasiya Akademiyası 28 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının ədliyyə nazirliyi tərəfindən qeydiyyatdan keçib. Üzvlərə veriləcək və adı “Avrasiya Əfsanəsi” olacaq mükafat, həmçinin Avrasiya Akademiyasının 5 medalı (Ibn Sina, Nəsirəddin Tusi, İbn Xəldun, M.F. Axundzadə və Ü.Hacıbəyli medalları) hazırlanıb.

Avrasiya Akademiyasının 3-cü Məclisində seçilmiş elm adamları, elm və təhsil təşkilatçıları, ədəbiyyat, musiqi və incəsənət adamları, hökumət və Milli Məclis üzvləri, səfirlər, şirkət başçıları və mətbuat nümayəndələri iştirak ediblər.

XƏBƏR LENTİ