Türkiyə Azərbaycanın 3 universitetinin diplomunu niyə tanınmır? –Rəsmi reaksiya

590 30-05-2019, 13:12 cemiyyet

Türkiyə Azərbaycanın 3 universitetinin diplomunu niyə tanınmır? –Rəsmi reaksiyaTəhsil Nazirliyi Azərbaycanın bir sıra universitetlərinin diplomlarının Türkiyədə tanınmaması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

Strateq.az “Report”a istinadla xəbər verir ki, nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli informasiyanın həqiqət olmadığını bildirib.

O qeyd edib ki, Türkiyə tərəfindən hansısa universitetlərin diplomlarının tanınmaması ilə bağlı rəsmi müraciət daxil olmayıb: “Rəsmi müraciət daxil olacaqsa, araşdırma aparacağıq. Azərbaycanın hər bir universitetinin, xüsusilə dövlət universitetlərində verilən təhsili keyfiyyətinə inanırıq. Hər hansı anlaşılmazlıq ortaya çıxacaqsa, bunun da aradan qaldırılması üçün Təhsil Nazirliyi əlindən gələni edəcək”.

Qeyd edək ki, Türkiyədə magistr təhsilini davam etdirmək üçün Azərbaycanın Bakı Mühəndislik, Odlar Yurdu, Azərbaycan Texnologiya universitetlərinin diplomlarının tanınmaması işə bağlı sosial şəbəkələrdə məlumatlar paylaşılıb.

XƏBƏR LENTİ