Avropa İttifaqı Azərbaycanla yeni layihə reallaşdıracaq –Kibertəhlükəsizlik sahəsində

707 31-05-2019, 11:00 cemiyyet

Avropa İttifaqı Azərbaycanla yeni layihə reallaşdıracaq –Kibertəhlükəsizlik sahəsindəAvropa İttifaqı (Aİ) Azərbaycanla dəyəri 7 mln. avro olan yeni layihə həyata keçirməyə hazırlaşır.

Bunu Bakıda keçirlən “Eu4Digital” layihəsinin təqdimatı mərasimində Aİ-ın Azərbaycandakı Əməkdaşlıq Şöbəsinin rəhbəri Simona Qatti deyib.

S.Qattinun sözlərinə görə, yeni layihə kibertəhlükəsizlik sahəsini əhatə edir.

“Hazırda təqdim etdiyimiz “Eu4Digital” layihəsi 11 mln. avro dəyərindədir. 6 Şərq Tərəfdaşlığı ölkəsində bu layihəni icra edən “E&Y” şirkəti ilə Azərbaycanda da əməkdaşlıq etmək bizim üçün qürurvericidir. Bu layuhədən sonra biz Azərbaycanla 7 mln. avroluq kibertəhlükəsizlik layihəsini reallaşdırmağa başlayacağıq”, – deyə o, qeyd edib. /Report

XƏBƏR LENTİ