Bu ay Azərbaycanda 5 gün iş olmayacaq

667 1-06-2019, 10:41 cemiyyet

Bu ay Azərbaycanda 5 gün iş olmayacaqİyun ayının qeyri-iş günləri açıqlanıb.

ONA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2019-cu ildə 5, 6 iyun – Ramazan bayramı, 15 İyun – Milli Qurtuluş günü və 26 İyun –Silahlı Qüvvələr günü qeyri-iş günləri hesab ediləcək.

15 İyun – Milli Qurtuluş günü həftənin şənbə gününə düşdüyündən, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin qərarına əsasən 2019-cu ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 17 iyun istirahət günüdür.

Xeberdar.net

XƏBƏR LENTİ