“İranla müharibə başlasa, heç kimin görmədiyi dağıntılar olacaq” – Tramp

702 22-06-2019, 10:23 dunya

“İranla müharibə başlasa, heç kimin görmədiyi dağıntılar olacaq” – TrampABŞ prezidenti Donald Tramp bildirib ki, o, İranla misli görünməmiş dağıntılara gətirib çıxaracaq müharibəyə başlamaq istəmir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika lideri NBC televiziya şirkətinə müsahibəsində bildirib.

“Mən müharibəyə (İranla -red) cəhd etmirəm və əgər o olacaqsa, onda heç kimin görmədiyi dağıntılar olacaq”, – deyə Tramp qeyd edib.

Amerika lideri “mən buna cəhd etmirəm”, – deyə bir daha təkrar edib.

O, həmçinin əmin edib ki, ABŞ İranla dialoqun başlaması üçün heç bir şərt irəli sürmür.

“Onlara (iranlılara – red) nüvə silahına malik olmaq olmaz”, – Tramp deyib. “Əgər onlar bu barədə danışmaq istəyirlərsə, bu yaxşıdır”, – deyə Ağ Ev rəhbəri əlavə edib.


XƏBƏR LENTİ