İcra başçısından 220 minlik maşın qalmaqalına məntiqsiz cavab:"Müavinimin maşını yoxdur"
Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aqil Məmmədov tender yolu ilə “Mercedes Benz S 350” xidməti avtomobilin almaq niyyətləri haqda cəmiyyətdə yaranan etiraza qəribə reaksiya verib.
Xeberdar.net-in məlumatına görə, Aqil Məmmədov unikal.org-a açıqlamasında bildirib ki, dövlət tərəfindən icra hakimiyyətinə 55 min manat xidməti avtomobilin alınması üçün pul ayrılıb:
“2 ildir ki, müavinimin xidməti avtomobili yoxdur. Dövlət bücəsindən xidməti avtomobilin alınması üçün 55 min manat pul ayırldı. Təklif etdim ki, sözügedən məbləğə 2010-cu ilin buraxılışı olan “Mercedes Benz S 350” avtomobili alınsın. İcra hakimiyyəti bunun üçün tender komissiyasına müraciət etdi və tender elan olundu”.
Aqil Məmmədov deyib ki, artıq sözügedən xidməti avtomobil dəyəri büdcələrinə uyğun olmadığı üçün təxirə salınıb:
“Tenderdə hələlik sözügedən avtomobillər təklif olunmayıb. Təklif olunan avtomobillərin qiyməti çox bahadır. Ona görə, “Mercedes Benz S 350” avtomobilin alınmasını təxirə saldıq”.
Xeberdar.net
İcra başçısından 220 minlik maşın qalmaqalına məntiqsiz cavab:"Müavinimin maşını yoxdur"
Oxşar mövzular
« Avqust 2022 » |
---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
---|
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 | |