GORANBOYDA GƏRGİNLİK – Polisin güllələdiyi şəxs öldü (YENİLƏNİB)

770 13-07-2019, 10:46 hadise / bolge

GORANBOYDA GƏRGİNLİK – Polisin güllələdiyi şəxs öldü (YENİLƏNİB)Dünən Goranboyda baş vermiş silahlı insident nəticəsində güllə yarası alan rayon sakini, Əmrahov Lətif Xaliq oğlu dünyasını dəyişib.

Bakupost.az-ın xəbərinə görə, həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb

***

Goranboyda baş verən silahlı insidentin təfərrüatları məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, ötən gün saat 22:30 radələrində Goran qəsəsbəsi ərazisində xidmət aparan rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimova bir vətəndaş müraciət edərək bir qrup şəxsin yol kənarında toplaşaraq mübahisə etdiyini bildirib.

Dərhal polis əməkdaşı onlara yaxınlaşıb. Bu zaman mübahisə edənlərdən Lətif Əmrahov polis əməkdaşı ilə mübahisə edib, onu yumruqla vuraraq yerə yıxıb. Belə olan halda polis əməkdaşı ona təhkim olunmuş tabel silahı ilə havaya xəbərdarlıq atəşi açıb. Silahdan açılan güllə L.Əmrahova dəyərək onu yaralayıb. Bunu görən L.Əmrahovun qardaşı Təbriz Əmrahov polis əməkdaşının əlindən silahı alaraq onu güllələmək istəyib. Silahdan atəş açılmadığını görən T.Əmrahov tapançanın qundağı ilə polis əməkdaşının baş nahiyəsinə zərbələr endirib.

Hadisə yerinə dərhal Goranboy rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Hadisə iştirakçılarının hamısı saxlanılıb. Xəsarət alan polis əməkdaşı V.Kərimov və L.Əmrahov xəstəxanaya yerləşdiriliblər.

Hər iki şəxsin xəstəxanada polis nəzarəti altında müalicəsi davam edir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

***

Goranboyda iki polis əməkdaşı güllələnib.

BakuPost-un əldə etdiyi məlumata görə, hadisə rayonun girişində baş verib. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı yaxın zamanlarda məlumat yayılacaq.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ