"Sərhəddə nə baş verir"?

1 001 15-07-2019, 18:31 hadise / dunya / gundem

"Sərhəddə nə baş verir"?

Dövlət Sərhəd Xidməti dünən "Keşikçi qala"-da baş verən insidentə münasibət bildirib.
"Xəbərdar.net" "Qafqazinfo"-ya istinadən xəbər verir ki, 14 iyul 2019-cu il tarixində saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının "Şəmkir" Sərhəd dəstəsinin
"Keşikçi qala" Sərhəd zastavasının xidməti ərazisində
Gürcüstan vətəndaşları tərəfindən sərhəd naryadına qarşı insident törədilib.

Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görməklə insident qısa müddət ərzində aradan qaldırılmış və DSX-nin şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilmiş, baş vermiş hadisə birgə araşdırılmış,gələcəkdə bu kimi hallara yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib.

XƏBƏR LENTİ