"Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edildi"

820 16-07-2019, 12:38 cemiyyet / gundem

"Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edildi"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyinin rəisi Elman Cəfərov vəzifəsindən azad edilib. "Xəbərdar.net" "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Elman Cəfərov öz ərizəsi ilə, digər işə keçdiyinə görə bu vəzifədən uzaqlaşıb.

Məlumatı nazirliyin şöbə müdiri Fazil Talıbov təsdiqləyib.

Xatırladaq ki, əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müşaviri olan Elman Cəfərov 2018-ci ilin avqustunda nazir tərəfindən
Dövlət Əmək Müfəttişliyinin rəisi təyin olunmuşdu.

XƏBƏR LENTİ