Türk Şurası bəyanat yayıb- Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi ilə bağlı

718 26-07-2019, 13:17 cemiyyet

Türk Şurası bəyanat yayıb- Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi ilə bağlıTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi ilə bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, Şuranın rəsmi saytında yer alan bəyanatda bildirilib ki, Azərbaycan və Türkiyə arasında viza rejiminin ləğvi ikitərəfli ticarət əlaqələrini gücləndirməklə bərabər, turizmin, habelə kiçik və orta biznesin inkişafını təmin edəcək.

“Bu mühüm qərar münasibətilə iki qardaş ölkə olan Azərbaycan və Türkiyəni təbrik edirik. Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi türk dilli dövlətlər arasında əməkdaşlığı daha da dərinləşdirəcək. Eyni zamanda məlum qərar türk dünyasının rifahını təmin etməyə yardım edəcək”, – bəyanatda qeyd olunub.

Qeyd edək ki, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyənin ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-u il tarixindən etibarən viza tələbi ləğv edilir. Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanıb

XƏBƏR LENTİ