İqbal Ağazadə özünə xanım müşavir təyiun etdi

814 2-09-2019, 12:32 cemiyyet

İqbal Ağazadə özünə xanım müşavir təyiun etdi

Ümid Partiyasının sədri İqbal Ağazadə sentyabrın 2-də sərəncam imzalayıb. Xeberdar.net məlumat verir ki,
sərəncama əsasən Sadıqova Mehriban İbrahim qızı Partiya sədrinin Humanitar Məsələlər üzrə müşaviri vəzifəsinə təyin edilib.
Mehriban İbrahim qızı Sadıqova Bakı şəhərində anadan olub. BDU - nun Şərqşünaslıq fakültəsini bitirib. Uzun müddətdir ictimai-siyasi fəaliyyətlə məşğuldur. Mehriban xanım bir çox araşdırma və məqalələrin müəllifidir. Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün silsilə olaraq sənədli-bədii filmlər çəkilişini həyata keçirir. Bu səpkidə çəkilmiş artıq bir neçə film Azərbaycanın müxtəlif bölgələrində nümayiş olunmuşdur.
"Gün TV" -nin təsisçisi və direktorudur.

Xeberdar.net



XƏBƏR LENTİ