“Kişi ilə yaşayır, “ərə getmişəm” deyir” - Aktrisa həmkarına söz atdı

2 706 13-09-2019, 18:38 sou

“Kişi ilə yaşayır, “ərə getmişəm” deyir” - Aktrisa həmkarına söz atdı“Camaat gedib, kişi ilə yaşayır, adını “ərə getmişəm” qoyur”.

Bu sözləri ailə qurduqdan sonra Türkiyəyə köçən aktrisa Cəmilə Tağıyeva sosial şəbəkədə yazıb.

O, həmkarı Natavan Əfəndiyevanın yalandan ərə getdiyini deməsinə belə münasibət bildirib: “Bizim qızlarda bu, nə ər sevdasıdır? Anlamıram. Natavan gözəl qızdır. Kaş, bir az ağlı olardı”.

Qeyd edək ki, aktrisa Natavan Əfəndiyeva bu ilin fevralında gizli ərə getdiyini bildirmişdi. Onun xalq artisti Akif İslamzadənin qardaşı oğlu Vüqar İslamzadə ilə nikah masasına oturduğu deyilirdi.

Ötən gün isə Vüqar İslamzadə Natavan ilə ailə qurmadığını, aktrisa ilə birlikdə yaşadığını və ayrıldığını açıqlayıb. (Musavat)

XƏBƏR LENTİ