Rusiya yeni S-500 kompleksini Suriyada sınaqdan keçirib

685 2-10-2019, 08:54 dunya

Rusiya yeni S-500 kompleksini Suriyada sınaqdan keçiribRusiyanın yeni S-500 “Prometey” zenit-raket kompleksi Suriyada uğurla sınaqdan keçirilib.

Bu barədə “Izvestiya” qəzeti Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, havadan müdafiə sahəsində aparılan sınaqlar zamanı avadanlıqların işində bir sıra nasazlıqlar aşkar edilsə də, problemlər tez həll olunub. Hazırda sınaqlar uğurla başa çatıb.

Rusiya Federasiyası Hərbi Hava Qüvvələri komandirinin MDB-nin vahid hava hücumundan müdafiə sistemi məsələləri üzrə keçmiş müavini, general-leytenant Ayteç Bijevin sözlərinə görə, seriyalı istehsala başlamazdan əvvəl bütün avadanlıqlar sərt iqlim və texniki şəraitdə sınaqdan keçirilir. Bu iş rejimində çatışmazlıqlar müəyyən edilir, sonradan ümumiləşdirilir, düzəldilir və aradan qaldırılır./APA/

Zeberdar.net

XƏBƏR LENTİ