Bakıya istifadəyə yararsız ətin gətirilməsinin qarşısı alındı –Birgə əməliyyat + FOTO

Bakıya istifadəyə yararsız ətin gətirilməsinin qarşısı alındı –Birgə əməliyyat + FOTOAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Daxili İşlər Nazirliyinin əmədaşları ilə birgə oktyabrın 2-i gecə 23.00 radələrində Bərdə rayonu ərazisində əməliyyat keçirib.

AQTA-dan Strateq.az-a verilən məlumata görə, əməliyyat zamanı Tərtər rayonu Mamırlı kənd sakini Əhmədov Asəf Rəşid oğluna məxsus “Mercedes-Benz” markalı 59- BH- 389 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin yük yerindən bir baş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb.

İlkin baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqonoleptik göstəricilərinə görə ətin qansızlaşdırılmasının düzgün aparılmadığı, bakterioloji çirklənməyə məruz qaldığı müəyyən edilib.

İstifadəyə yararsız əti paytaxta gətirən şəxs onu tanışı Bərdə rayon sakini Arzuman adlı şəxsin istəyi ilə Bakı şəhərinə apardığını bildirib.

Ümumi çəkisi 180 kiloqram olan heyvan cəmdəyindən nümunələr götürülərək analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Bakıya istifadəyə yararsız ətin gətirilməsinin qarşısı alındı –Birgə əməliyyat + FOTO

  • 3-10-2019, 13:12
  • 338


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  2. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  3. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  4. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  5. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  6. Azərbaycanda oğul atanı bıçaqladı
  7. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  8. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
  9. ABŞ 20 il sonra 11 sentyabr hücumlarının qurbanlarını anır
  10. Sevgilisinin mənzilinə gedib qızını zorladı
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI