Paşinyan 3 saatlıq məxfi görüş keçirdi...-İşğalçı rejim gərginlikdə...

742 9-10-2019, 12:14 dunya

Paşinyan 3 saatlıq  məxfi görüş keçirdi...-İşğalçı rejim gərginlikdə... İşğalçı ölkənin baş naziri N.Paşinyan “Mənim addımım” fraksiyası ilə üç saatlıq qapalı görüş keçirib.

Moderator.az xəbər verir ki, bu haqda Ermənistann “Johovurd” qəzeti yazıb.
İclasda Amulsar mədənləri, Ermənistan polisindəki struktur dəyişiklikləri, sonuncu Aİ sammiti, daxili siyasi məsələlər və Konstitusiya Məhkəməsinin gələcək sədri haqqında danışılması rəsmi olaraq elan edilsə də, nəşr bu məxfi iclasın bəzi gizli təfərrüatları barədə də məlumat əldə edib.

"Əvvəla, qeyd edək ki, baş nazirə sual vermək üçün qeydiyyatdan keçənlərin sayı çox olub. Buna görə əvvəlcədən planlaşdırılan iki saatlıq görüş 3 saatdan çox davam edib.

Paşinyan deyib ki, Amulsarla bağlı yaxın gələcəkdə proseslər başlayacaq və deputatlar problemi dərindən öyrənməli, birləşməli və ortaq mövqe bildirməlidirlər. Polis strukturu tamamilə dəyişdirilməli, ayrıca şəhər polisi yaradılmalıdır. Yəni məsuliyyət bölüşülməlidir ki, bütün güc bir polis rəisinin əlində cəmləşməsin. Bu məsələ ilə əlaqədar dövlət hüquqi məsələlər komissiyasına Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlıq etmək tapşırılıb. Hrayr Tovmasyanın tezliklə Konstitusiya Məhkəməsinin sədri vəzifəsindən istefa edəcəyi ilə bağlı fikirlər də səslənib..." - deyə erməni qəzeti yazıb.

Sultan Laçın

XƏBƏR LENTİ