Türkiyə Xarici İşlər Nazirliyi Fransa səfirini çağırıb –Səbəb

722 1-11-2019, 10:32 cemiyyet

Türkiyə Xarici İşlər Nazirliyi Fransa səfirini çağırıb –SəbəbTürkiyə Xarici İşlər Nazirliyi Fransa Parlamentinin Suriyanın şimal-şərqindəki hərbi əməliyyatını qınayan qətnaməni qəbul etməsi ilə əlaqədar Fransa səfiri Şarl Frisi çağırıb.

Bu barədə “TASS”a Türkiyə XİN-dəki mənbədən bildiriblər.

Məlumatda deyilir: “Fransa səfiri nazirliyimizə çağrıldı ki, Fransa parlamentinin “Sülh bulağı” əməliyyatı ilə bağlı verdiyi qərarla əlaqədar narahat olduğumuzu bildirək”.

Qeyd edək ki, Fransa Milli Məclisi (parlamentin aşağı palatası) iclasında Türkiyənin Suriyadakı Fərat çayının şərqindəki hərbi əməliyyatını pisləyən qətnamə qəbul edib./Trend

XƏBƏR LENTİ