Ötən şənbə və bazar günləri daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
eberdar.net DİN-ə istinadla bildirir ki, noyabrın 9-u və 10-da törədilən 31 cinayətin üstü “isti izlər”lə açılıb: “Əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub”.
Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib: “Respublikanın avtomobil yollarında isə 8 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb,7 nəfər xəsarət alıb”.
Məlumatda o da qeyd olunur ki, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib: “Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb”.
eberdar.net