MSK sədri vəd verdi:“Bələdiyyə seçkiləri tam demokratik şəkildə keçiriləcək”

775 12-11-2019, 12:27 cemiyyet

MSK sədri vəd verdi:“Bələdiyyə seçkiləri tam demokratik şəkildə keçiriləcək”“Biz Mərkəzi Seçki Komissiyası olaraq, Azərbaycan vətəndaşlarının seçki hüquqlarının qorunması ilə bağlı bütün addımları atmalıyıq”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli mövzusuna həsr olunan seminar-müşavirədə deyib.

M.Pənahov qeyd edib ki, Azərbaycan dünyanın demokratik ölkələrindən biridir və demokratik ölkə olmasına şübhə ola bilməz: “Biz əminik ki, bu ilki bələdiyyə seçkiləri də tam demokratik şəkildə keçiriləcək”.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib/Report.

WhatsAppFacebookFacebook MessengerTwitterShare

XƏBƏR LENTİ