“Bakcell-in Ukraynanın MTC mobil operatorunu alması böyük uğurdu” - OSMAN GÜNDÜZ

564 12-11-2019, 17:00 ---

“Bakcell-in Ukraynanın MTC mobil operatorunu alması böyük uğurdu” - OSMAN GÜNDÜZ“Bakcell Ukraynanın MTC mobil operatorunu alır. Bakcell bununla bağlı Ukraynanın Antiinhisar qurumuna müraciət edib və qurum da bununla bağlı artıq ilkin razılıq qərarını verib”. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

“Məlum olduğu kimi, MTC –in («Мобильные телесистемы») Ukraynada Vodafone ticarət nişanı altında fəaliyyət göstərən mobil operatoru var. Onun Ukraynadakı bazar payı xeyli yüksəkdir, bu ölkədə 2-ci ən böyük operatordu, 19 milyondan çox abunəçisi var. 2003-cü ildən Ukraynada olan MTC Rusiya-Ukrayna münasibətləri pozulandan sonra Vodafone brendi altında “ВФ Украина” şirkəti olaraq fəaliyyət göstərir”,-deyə O. Gündüz nəzərə çatdırıb.

“Bu alqı-satqı ilə MTC şirkəti tam olaraq Bakcell nəzarətinə keçir”

O. Gündüz hesab edir ki, cəmi 4 milyonluq abunəçisi olan Bakcell üçün bu sövdələşmə böyük uğurdu: “Bu alqı-satqı ilə MTC şirkəti tam olaraq Bakcell nəzarətinə keçir və MTC bundan sonra 3 il ərzində Ukrayna bazarında mobil xidmət göstərməyəcəyini də öhdəsinə götürür. Bakcell bu alışda həm də MTC-ə məxsus olan bir neçə telekommunikasiya operatoru və İT-xidmət göstərən şirkətləri də əldə edəcək”.

“Güman ki, MTC-in Bakcell tərəfindən satın alınmasında Türkcell də əhəmiyyətli rol oynayıb”

“Maraqlıdır ki, bir neçə ay öncə məhz bu şirkətin Azercell tərəfindən alınması ilə bağlı məlumatlar yayılmışdı və Azercell bunu təkzib etmişdi. O da maraqlıdır ki Ukrayna bazarında 3-cü yerdə olan mobil operator da (Lifecell ) Turkcell-ə məxsusudur. Xatirlayıram ki, o zaman, TeliSonera şirkəti Azercell-dəki öz payını satanda Türkcell çox çalışdı ki Azercell-i alsın, lakin nədənsə bu sövdələşmə baş tutmadı və sonda elə Azərbaycan hökuməti büdcədən 0.5 milyard manat ayırmaqla onu aldı. Ola bilər ki Ukrayna bazarında Azercell -MTC sövdələşməsinin baş tutmamasında bu faktor da rol oynasın. Güman ki, Ukraynada MTC-in Bakcell tərəfindən satın alınmasında Türkcell də əhəmiyyətli rol oynayıb və bununla da Ukrayna bazarındakı özünün xüsusi çəkisini də artırmış olacaq”,-deyə O. Gündüz vurğulayıb.

O. Gündüzün fikrincə, bizim ölkənin ilk mobil operatorunun xaricdə özündən 5 dəfə böyük bir telekommunikasiya və İT qurumunu alması , xüsusən də Vodafone brendi altında olan bir qurumu alması sevindirici bir xəbərdir.

Şamo EMİN, Hurriyyet.org

XƏBƏR LENTİ