Azərbaycan-İran sərhədində atışma olub –Ölən var

Azərbaycan-İran sərhədində atışma olub –Ölən varNoyabrın 23-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Fizuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqa­mətində döv­lət sərhədini pozmaları müşahidə olunub.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq olunub və sərhəd pozucularından biri zərərsizləşdirilib. Digər sərhəd pozucusu ərazinin kolluq və qamışlıq olmasından istifadə edərək İran ərazisinə qaçıb.

Hadisə yerində 1 ədəd politelen bağlamada ümumi çəkisi 2595 qram marixuana və metafetamin növündə narkotik vasitə, 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd bıçaq, 2 ədəd 7,62 mm çaplı patron gilizləri aşkar olunub.

İraanın sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçi­ri­lərkən aldığı güllə yarasından hadisə yerində vəfat etmiş sərhəd pozucusunun İran vətəndaşı olması müəyyən edilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir

Xeberdar.net.

Azərbaycan-İran sərhədində atışma olub –Ölən var

  • 25-11-2019, 11:15
  • 1 457


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. YASAMALI QARIŞ-QARIŞ SATAN ELŞAD HƏSƏNOVUN KORRUPSİYA ƏMƏLLƏRİ- VİDEO ARAŞDIRMA
  2. Ağdamda ekskavator minaya düşdü, bir nəfər ağır yaralandı...
  3. Rusiyadakı parlament seçkisinin ilkin nəticələri - Sensasiya olmadı
  4. Müəllimlərin maaşı yeni qaydada hesablanacaq
  5. Bakıya qarşı hiyləgər plan - “sülh istəyən” Paşinyan öldürülə bilər
  6. İrandan gətirilən kartov Azərbaycana buraxılmadı - SƏBƏB
  7. Prokuror AXCP sədrinin mühafizəçisinə 15 il cəza istədi
  8. Ərdoğan BMT-də həm də bu dövlətlər üçün ədalət tələb etdi - ŞƏRH
  9. Azərbaycanda 33 yaşlı kişi minaya düşdü - YENİLƏNİB
  10. Ərdoğanın Moskva səfərinin tarixi AÇIQLANDI
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI