“İctimai Nəzarət” Vətəndaş Cəmiyyəti Platformasının təsis olunması üçün Təşkilat Komitəsi yaradıldı

971 27-11-2019, 15:36 cemiyyet / gundem

“İctimai Nəzarət” Vətəndaş Cəmiyyəti Platformasının  təsis olunması üçün Təşkilat Komitəsi yaradıldı

Bu gün, noyabrın 27-də bir qrup qeyri-hökümət təşkilatının təmsilçiləri – Mədəniyyətlərin İnteqrasiyası Mərkəzi İctimai Birliyinin sədri Rəfail Tağızadə , Doğma Yurda Qaydış İctimai Birliyinin sədri Səməd Hətəmov, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Əli Cəfərov, Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyinin sədri Hacı Bakir Həsənbəyli ,“Xeberdar.net” Jurnalist Araşdırmaları Mərkəzi İctimai Birliyinin sədri Elman Abbasov, Qarabağ Müharbəsi İştirakçıları İctimai Birliyinin sədri Elşən Quliyev və Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri Taleh Əliyev bir araya gələrək ölkədə vətəndaş cəmiyyəti institutlarının mövcud vəziyyəti, problemləri və imkanları mövzusunda geniş müzakirə apardıqdan sonra belə qərara gəldilər ki, vətəndaş cəmiyyəti institutlarının fəaliyyət imkanlarının genişləndirilməsi üçün qeyri-hökümət təşkilatlarının yeni bir platformada birləşməsinə çox böyük ehtiyac var. Azərbaycan vətəndaş cəmiyyəti institutlarının ölkədə baş verən hadisə və proseslərə operativ reaksiya verə bilmələri, alternativ layihələrlə çıxış etmələri və monitorinqlər apara bilmələri, dövlət qurumları, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirlikləri və beynəlxalq təşkilatlarla insan haqları, söz və mətbuatazadlığı, demokratiyanın inkişafı sahəsində əməkdaşlıq etmələri üçün birgə fəaliyyət göstərmələrinə böyük zərurət vardır. Bütün bunları nəzərə alan tədbir iştirakçıları öz aralarında əməkdaşlıq etmək və gələcəkdə digər QHT-ləri də bu presesə cəlb etmək üçün əməli fəaliyyətə başlamağı məqsədə uyğun hesab etdiklərini bildirdilər.
Geniş müzakirələrdən sonra iştirakçılardan ibarət “İctimai Nəzarət” Vətəndaş Cəmiyyəti Platformasının təsis olunması üçün Təşkilat komitəsi yaradıldı. Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri Taleh Əliyev Təşkilat Komitəsinin sədri seçildi.
Təşkilat Komitəsinə “İctimai Nəzarət” Vətəndaş Cəmiyyəti Platformasının əsasnamə layihəsinin hazırlanması və təsis yığıncağının keçrilməs üçün gərəkilən addımların atılması tapşırıldı.


Xeberdar.net

XƏBƏR LENTİ