Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri ilə görüş keçrildi

673 5-11-2019, 21:30 cemiyyet

Bərdə Dövlət  İdarəetmə və Texnologiya Kollecinin tələbələri ilə  görüş keçrildi
Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənc Nəslin Maarifləndirilməsi İctimai Birliyinin həyata keçirdiyi "Regionlarda vətəndaşlar arasında ictimai iştirakçılıq haqqında maarifləndirmə tədbirlərinin keçrilməsi" layihəsi çərçivəsində Bərdə şəhərində yerləşən Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri ilə görüş keçrilmişdir.
Tədbiri təşkilatın sədri Mikayıl Həsənli açaraq bildirdi ki, gündəlik həyatımızda dövlət və qeyri dövlət qurumları ilə ünsiyyətdə olarkən istinad etdiyimiz qanunlar vətəndaş olaraq bizlərin hüquq və vəzifələrini müəyyən edir. Belə qanunlardan biridə ictimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının qanunudur. Bu qanun haqqında bu gün bizlərə daha geniş məlumat vermək üçün sözü layihəmizin eksperti, politoloq Taleh Əliyevə verirəm.
Qanun haqqında iştirakçılara məlumat verən ekspert Taleh Əliyev bildirdi ki, ictimai iştirakçılıq haqqında qanun dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyət institutlarının hüquq və vəzifələrini özündə əks etdirir.
Bu qanunun məqsədi vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsini,mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsini, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkilini, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasını,dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınmasını, əsas insan və vətəndaş hüquqlarının müdafiəsini təmin etməkdən ibarətdir. Qanun vətəndaşların dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində habelə mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində iştirakı üçün ictimai şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi və yazılı məsləhətləşmə kimi fəaliyyətlərdən faydalanmaq imkanı yaradır. Geniş məlumatlandırma sesiyasından sonra tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparıldı.



Bərdə Dövlət  İdarəetmə və Texnologiya Kollecinin tələbələri ilə  görüş keçrildi
Bərdə Dövlət  İdarəetmə və Texnologiya Kollecinin tələbələri ilə  görüş keçrildi
Bərdə Dövlət  İdarəetmə və Texnologiya Kollecinin tələbələri ilə  görüş keçrildi
Bərdə Dövlət  İdarəetmə və Texnologiya Kollecinin tələbələri ilə  görüş keçrildi
Bərdə Dövlət  İdarəetmə və Texnologiya Kollecinin tələbələri ilə  görüş keçrildi

XƏBƏR LENTİ