Azərbaycanda 81 yaşlı qadın intihar etdi

Azərbaycanda 81 yaşlı qadın intihar etdiOnun intihar səbəbləri barədə hələlik heç bir məlumat verilmir.
Ağcabədi rayonunda intihar hadisəsi baş verib. Yaşlı qadın sirkə turşusu içib.
Ağcabədi rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Ağcabədi şəhərinin Səməd Vurğun küçəsindəki mənzillərdən birində qeydə alınıb. Həmin küçədəki mənzillərdən birində yaşayan 1935-ci il təvəllüdlü Sevil Musa qızı Babayeva gecə saatlarında sirkə turşusu içib. Vəziyyətdən xəbərdar olan ailə üzvləri 81 yaşlı qadını dərhal Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.

Vəziyyəti ağır olan Sevil Babayevaya ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Yaşlı qadın xəstəxanada dünyasını dəyişib.

Onun intihar səbəbləri barədə hələlik heç bir məlumat verilmir.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəstəxanada dünyasını dəyişən qadın qızı ilə yaşayırmış.

Bənzər hadisə bu gecə Gəncə şəhərində də qeydə alınıb. Şəhərin Yeni Gəncə qəsəbəsində yaşayan 1974-cü il təvəllüdlü Fəxriyyə Əsgər qızı İsgəndərova fevral ayının 8-də sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Tibb müəsisəsində lazımı tibbi yardım göstərilən qadın orada 1 gün saxlanılsa da onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada keçinib.

Xeberdar.net

Azərbaycanda 81 yaşlı qadın intihar etdi

  • 10-02-2016, 12:42
  • 874


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  3. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  4. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  5. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  6. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  7. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  8. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  9. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
  10. Sabunçunu daha kimlər TALAYIR... - İTTİHAM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI