MSK-da Səməd Seyidovun dairəsindən şikayətə baxılacaq - Prokurorluğa da müraciət olunub

630 15-02-2020, 19:45 cemiyyet

MSK-da Səməd Seyidovun dairəsindən şikayətə baxılacaq - Prokurorluğa da müraciət olunub107 saylı Dairə Seçki Komissiyası müstəqil namizəd Ramil Göyüşovun müraciətini təmin etməyib. Bu barədə namizədin AzPolitika.info-ya verdiyi məlumata görə, şikayət ərizəsində çoxsaylı pozuntularla bağlı tutarlı dəlillər olsa da, qərəzli şəkildə onların heç bir ilə bağlı araşdırma aparılmayıb.

R. Göyüşov qeyd edib ki, bu gün seçkilərin nəticələrinin ləğv olunması tələbi ilə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Həmiçinin, seçki günü baş verən qanun pozuntularının araşdırılması üçün Respublika Baş Prokurorluğuna da müraciət ünvanlanıb: "Ümid edirik ki, hər iki qurum müraciətimizdə göstərilən qanun pzountuları ilə bağlı müvafiq ölçü götürəcəklər".

Xatırladaq ki, MSK 107 saylı Qazax Seçki Dairəsindən Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovu 76.1 faiz nəticə ilə qalib elan edib.

XƏBƏR LENTİ