Bakı-Alanya sərnişin təyyarəsi Ankarada məcburi eniş edib –Səbəb

684 21-02-2020, 12:28 hadise

Bakı-Alanya sərnişin təyyarəsi Ankarada məcburi eniş edib –SəbəbBakı-Alanya marşrutu üzrə uçan sərnişin təyyarəsi Ankarada məcburi eniş edib.

Alanyanın hava limanında (GZP) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Buta Airways”in saat 07:39-da Bakıdan yola düşən J2 9111 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa hava limanına (ESB) məcburi eniş etmək qərarı alıb. Reys Bakı vaxtı ilə saat 11:08-də Ankarada uğurlu eniş edib.

Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Alanyaya yola düşəcək.

XƏBƏR LENTİ