“Məşhur olduğum üçün məndən faydalanmaq istəyir"

1 569 5-03-2020, 14:00 sou

“Məşhur olduğum üçün məndən faydalanmaq istəyir"

























52 yaşlı pərəstişkarı Çiğdem Gökaşana şiddət göstərməkdə ittiham olunan məşhur aktyor Can Yamanın polisə ifadəsi ortaya çıxıb. “Xeberdar.net” xəbər verir ki, sənətçi prokurorluğa təqdim etdiyi ərizədə qeyd edib:

“Gecə saat 2-də “Ruby” adlı məkana getmişdim. Məşhur olduğum üçün çox insan mənimlə şəkil çəkdirmək istədi. Heç kəsin xətrinə dəymədim. Gecə 3-dən sonra mühafizəçilər mənə yaxınlaşaraq polis şöbəsinə gedib ifadə verməli olduğumu bildirdilər. Mən də getdim. Deyildiyi kimi bir hadisə yaşanmayıb. Bu qadını heç vaxt görməmişəm. Məşhur olduğum üçün məndən faydalanmaq istəyir. Mən isə heç kəsdən şikayətçi deyiləm”.
C. Yaman ötən gün yayılan xəbərlərdən sonra KİV-ə açıqlama verib. O, “Məni rəsmi şəkildə heç kəs polisə dəvət etməyib. Əlimdə belə bir sənəd yoxdur. Hakim olmadığım bir mövzuda danışmaq səhv olar. Vəziyyəti dəyərləndirib lazım gələrsə, məlumat verəcəyik”,- deyə bildirib.

Qeyd edək ki, Çiğdem Gökaşan polisə şikayət edərək aktyoru bərk qucaqladığı üçün zorakılığa məruz qaldığını demişdi.

XƏBƏR LENTİ