Türkiyədə koronavirusa yoluxma 3 dəfə artdı –Səhiyyə naziri

Türkiyədə koronavirusa yoluxma 3 dəfə artdı –Səhiyyə naziriTürkiyədə koronavirusa daha 12 yoluxma qeydə alınıb.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahreddin Koca özünün “Twitter”dəki səhifəsində bildirib.

Beləliklə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 18 nəfərə çatıb.

“Virusa yeni yoluxanların sayı 12 nəfər təşkil edir. Hazırda koronavirusa yoluxanların ümumi sayı 18 nəfərdir”, – nazir bildirib.

Onun sözlərinə görə, iki pasiyent Türkiyədə virusa birinci yoluxanla təmasda olublar.

Koca qeyd edib ki, koronavirusa yoluxanlardan 7-si bu yaxınlarda Avropa ölkələrinə səfər edib, 3-ü isə ABŞ-da olub.

Qeyd edək ki, koronavirusun yayılması ilə əlaqədar bu gün yerli vaxtla saat 10:00-dan Türkiyədə barlar, diskotekalar və gecə klubları fəaliyyətlərini dayandırmalıdır.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVİD-19 koronavirusunu pandemiya adlandırıb.

Dünyanın 140-dan çox ölkəsində koronavirusa 153 min nəfərdən çox insan yoluxub, 5,7 min nəfər virusun qurbanı olub.

Türkiyədə koronavirusa yoluxma 3 dəfə artdı –Səhiyyə naziri

  • 16-03-2020, 09:14
  • 707


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib
  2. İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
  3. Yaponiya qərar verdi: Mərhələli şəkildə Rusiyanın...
  4. Kəlbəcərdə ordumuzun mövqeləri yenə ATƏŞƏ TUTULDU
  5. "Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər" - Prezident Ofisi
  6. Valyuta hərracında bankların dollara tələbi artıb
  7. Əhaliyə niyə əlavə qazpulu yazılır? - İLGİNC OYUNBAZLIQ...
  8. Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
  9. Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi
  10. “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçrildi
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI