ABŞ-da koronavirusa yoluxanların sayı 300 mini ötüb

705 5-04-2020, 08:45 dunya

ABŞ-da koronavirusa yoluxanların sayı 300 mini ötübABŞ-da koronavirusa yoluxanların sayı daha da artıb.

Xeberdar.net “TASS” agentliyinə istinadən məlumat verir ki, Cons Hopkins Universitetinin məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa 300 915 yoluxma halı qeydə alınıb.

Bildirilir ki, ölkədə 14 459 nəfər COVID-19 infeksiyasından sağalıb.

ABŞ-da koronavirus qurbanlarının sayı isə 8 162 nəfər təşkil edir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

XƏBƏR LENTİ