Karantin rejimini pozan 6 nəfər həbs olunub, 3800 nəfər cərimələnib –DİN

Karantin rejimini pozan 6 nəfər həbs olunub, 3800 nəfər cərimələnib –DİNKoronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 5-dən 6-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 5, o cümlədən Bakı şəhərində 2 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin obyekt sahiblərindən 1 nəfər inzibati qaydada həbs edilib, 4 nəfər isə cərimə olunub.

Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 3796 nəfərə, onlardan Bakı şəhəri üzrə 1588 nəfərə cərimə tətbiq edilib, 5 şəxs inzibati qaydada həbs olunub.

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə, o cümlədən “WhatsApp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 1 nəfərə xəbərdarlıq edilib.

Ümumilikdə ötən gün ərzində respublika üzrə 6 nəfər inzibati qaydada həbs edilib, 3800 nəfər cərimə olunub, 1 nəfərə xəbərdarlıq edilib.

WhatsAppFacebookFacebook MessengerTwitterShare

Karantin rejimini pozan 6 nəfər həbs olunub, 3800 nəfər cərimələnib –DİN

  • 6-04-2020, 11:54
  • 344


Oxşar mövzular
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI