Partiya yüzlərlə imkansız ailəyə yardım etdi-FOTO

1 011 10-04-2020, 15:58 siyaset / cemiyyet / gundem

 Partiya yüzlərlə imkansız ailəyə yardım etdi-FOTOBildiyimiz kimi koronavirus pandemiyası artıq həftələrdir ölkə insanımızı çətin duruma salıb, ən çox əziyyət çəkən, bir vaxtlar günəmuzd işləyən insanlarımız acınacaqlı haldadırlar.

Biz bütün bu əskikliklərin və boşluqların doldurulması üçün zaman-zaman əhalinin sosial həyatının yaxşılaşdırılması yönündə Ümid Partiyası olaraq, bütün sahələr üzrə təkliflər paketimizi aidiyyatı qurumlara təqdim etmişik, təkliflərimizin həyata keçirilməsi üçün fikirlərimizi qeyd etmişik.

Bütün bunlarla yanaşı ölkəmizin, insanlarımızın bu çətin dönəmində yardımlaşma imkanı olanların sayı artdıqca yüzlərlə insanımızın üzünü güldürə bilirik. Hər şey paylaşdıqca, paylaşıldıqca çoxalır. Ona görə də çalışmalıyıq ki, yaxşı olanı paylaşaq, örnək olaq, nümunə olaq.

Bu gün İqbal Ağazadənin təşkilatçılığı, dəyərli dostların dəstəyi, əziz partiyadaşlarımızla birgə xeyli ailəyə ərzaq çatdırdıq. Bakının dörd bir yanından gün ərzində imkansız ailələrə yetişdik. Rayona gedə bilən bəzi dostlar vasitəsilə də imkansız ailələrə ərzaq çatdırdıq.

Müraciət edən insanlarımız, dostlarımız çoxalır, sevindirici hal odur ki, xeyirxah təşəbbüsə qoşulanların, yardım etmək istəyənlərin də sayı artır.

Bacardıqca insanlarımızın yanında olacağıq.

Yaxşı insanlar, dəyərli partiyadaşlar, var olun. Var olun ki, Azərbaycanımız, vətənimiz, xalqımız var olsun!

Bu çətin dönəmi atladaq, qaldığımız yerdən davam edəcək, külli məmləkətimizi gözəlləşdirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. Dayanmaq yox, usanmaq yox, ÜMİD...lə!

Xeberdar.net

XƏBƏR LENTİ