Güneydə ana dili hərəkatı yeni mərhələdə: “Artıq mollalar da rejimə etiraz edir”

697 14-04-2020, 14:18 cemiyyet

Güneydə ana dili hərəkatı yeni mərhələdə: “Artıq mollalar da rejimə etiraz edir”

Güney Azərbaycanın Culfa şəhərinin axundu Höccətülislam Salar Sancari türk dilinin qadağan edilməsinə qarşı çıxışı ilə gündəmə gəlib.

O, cümə namazlarından birindəki xütbəsində Güney Azərbaycan əhalisinin türk dilindən başqa dildə danışa bilmədiyini deyərək ana dilində tədrisin qadağan olunmasına qarşı çıxıb:

Güneydə ana dili hərəkatı yeni mərhələdə: “Artıq mollalar da rejimə etiraz edir”

“İranı bu boyda problem bürüyüb. Ağanın dediyi bircə budur ki, məktəblərdə türk dilində dərs demək qadağandır. Sən mənim ana dilimi necə qadağan eə bilərsən? Ana dilində dərs demək, dərs öyrənmək hansı qanunda qadağandır? Başqa xarici dillər niyə qadağan deyil? Əgər sən bu gün vəzifədə əyləşmisənsə, o vəzifə həmin türk gənclərinin qanı hesabınadır ki, şərəfi, qeyrəti, şücaəti, kişiliyi anasından türk dilində öyrənib”.

Nüfuzlu din xadimini bu mövzuda çıxışa vadar edən nədir? Pandemiyadan sonra Güneydə ana dili hərəkatı, milli mübarizə güclənə bilərmi?

Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli Cebhe.info-ya açıqlamasında bildirib ki, İranda yaranan hazırkı durum Azərbaycan türklərinin buraxdığı tarixi səhvlərin nəticəsidir:

Güneydə ana dili hərəkatı yeni mərhələdə: “Artıq mollalar da rejimə etiraz edir”

“XX əsrin əvvəllərində hakimiyyəti əlimizdən verməyimizin nəticəsidir ki, hazırda İran adlanan ölkədə ağalıq edənlər bizləri aşağılayırlar. Bu gün İran adlanan bir ölkə varsa, o öz varlığına görə türklərə, türk şəhidlərinə borcludur. Həmin türk şəhidlərini də yetişdirənlər türk anaları olub. Güney Azərbaycanın Culfa şəhərinin axundu Höccətülislam Salar Sancari də məhz bunları nəzərə alaraq deyir ki, bu dövlət türk qanı hesabına qurulub. Eyni zamanda, Sancari cümə namazlarındakı xütbəsində dəfələrlə Güney Azərbaycan əhalisinin türk dilindən başqa dildə danışa bilmədiyini deyərək ana dilində tədrisin qadağan olunmasına qarşı çıxıb və bunu əsaslandırmağa çalışıb. Başqa sözlə, Sancarinin demək istədiyi odur ki, əgər bu dövlətin qurucusu türklərdirsə, bu məmləkət türk qanı hesabına qurulubsa, o zaman nədən məktəblərdə türk dilində tədris qadağandır! Deməli, dövləti quran türk, qanı tökülən türk, şəhid və qazi olan da türk, ancaq dili qadağan edilib fars dilində danışmağa, yazmağa, düşünməyə məcbur edilən də türkdür. İndi necə ola bilər ki, türk qanı hesabına qurulan bir dövlətdə türk dili qadağan edilir və insanlar fars dilində danışmağa məcbur edilir? Artıq hər şeyi bir kənara qoyub, milli iradə nümayiş etdirməyin tam zamanıdır. Artıq din xadimləri də molla rejiminin milli ayrı-seçkilik siyasətinə etiraz edir”.

Faiq Ələkbərli hesab edir ki, bütün dövrlərdə utopiya və fatalizmdən uzaq olan türklər yenidən öz milli dünyagörüşünə dönməlidir:

“Artıq türklər bilməlidirlər ki, nə irançılıq, nə də dini fanatizm onların yolu deyil. Üstəlik, bu yolun hər ikisi türkləri hər gün bir az da uçuruma aparır. Ona görə də, pandemiya dövrünü şərdən xeyirə çevirib türkün hakimiyyətini bərpa etmək lazımdır”.

Post-pandemiya dövründə milli hərəkatın güclənəcəyi ilə bağlı fikirlərə gəlincə, BAO yetkilisi deyib ki, bu barədə danışılanlar təsadüfi deyil:

“İndi bütün dünya pandemiyadan sonra yeni bir dünya düzəninin olacağından danışır. Bu, heç də təsadüfi deyil. Artıq on illərdir ki, bunun üzərində müxtəlif qüvvələr, öz maraqlarına uyğun işlər aparırlar. Çox təəssüf ki, bu prosesdən daha çox kənarda qalan biz türklər olmuşuq. Biz, yeni dünya düzənində öz yerimizi tuta bilməsək, köləliyin yeni formaları ilə idarə olunmağa məhkum olacağıq. Deməli, hər şey öz əlimizdədir. Dünya yenidən milli yollar, milli ideyalar əsasında dəyişəcək. Hansı xalqlar milli ideya ilə ortaya çıxa bilsə, o, yeni bir güc olacaq. Bunu bacara bilməyənlər, yad ideyalarla yaşamağa davam edəcəklər”.

Xeberdar.net

XƏBƏR LENTİ