Azərbaycanda karantin rejiminin tədricən ləğvi üçün tədbirlər hazırlanır - VİDEO

831 15-04-2020, 19:16 cemiyyet

Azərbaycanda karantin rejiminin tədricən ləğvi üçün tədbirlər hazırlanır - VİDEO
20 apreldən nəzarət altında karantin rejimindən tədricən çıxmaq planlaşdırılır

"Karantin rejiminin sonlandırılması üçün tədbirlər hazırlayırıq".

Xeberdar.net-in məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, karantin rejiminin yumşaldılmasına zərurət yaranıb: "Ancaq katantin rejiminə əməl edilməməsi ikinci dalğanı yarada bilər. Araşdırmaların nəticələri göstərir ki, karantin tədbirlərində laqeydliyə yol verilməməlidir. Bu müddət ərzində zəruri bütün addımlar atılıb, ancaq heç kim arxayınlaşmamalıdır.

20 apreldən nəzarət altında karantin rejimindən tədricən çıxmaqla bağlı müraciət edəcəyik. Bununla bağlı xüsusi qaydalar hazırlanaraq ictimaiyyətə açıqlanacaq".


XƏBƏR LENTİ