“BU ÖLKƏLƏRDƏ VƏZİYYƏT KƏSKİN PİSLƏŞƏCƏK” – Rusiyadan gələn pul kəsiləcək

1 371 18-04-2020, 16:04 iqtisadiyyat

“BU ÖLKƏLƏRDƏ VƏZİYYƏT KƏSKİN PİSLƏŞƏCƏK” – Rusiyadan gələn pul kəsiləcəkNüfuzlu “Bloomberg” agentliyi pul göndərişlərinə görə, Rusiyadan yüksək asılı olan MDB ölkələrində sosial durumun daha kəskin pisləşəcəyini yazıb.

“Bir tərəfdən pandemiya bu ölkələrin daxili iqtisadiyyatını çökdürür, o biri yandan da Rusiyadakı miqrantların ən çox pul qazandığı sahələrdə - tikintidə, qeyri-ərzaq ticarətində, taksi xidmətində, restoran şəbəkəsində karantin səbəbindən pul qazanmaq imkan itirilib”-deyə agentliyin məlumatda qeyd olunur.

Rusiyanın pul göndərişlərindən ən çox asılı olan ölkələr Özbəkistan, Tacikstan, Qırğızıstan və Ermənistandır. Ona görə əsas təsir bu 4 ölkədə hiss olunacaq. Azərbaycan bu siyahıda 5-ci yerdədir.

İqtisadçı Rövşən Ağayev bildirir ki, Belorus, Qazaxıstan, Ukrayanın Rusiya remittanslarından asılılığı demək olar ki, yoxdur. Bu 3 ölkəyə gedən bütün pul transfertlərinin həcmi Özbəkistana pul göndərişlərinin üçdə biri qədərdir.

Ekspertin verdiyi məlumata görə, Azərbaycan üçün gələn pul heç də az deyil: “Hətta rəsmi rəqəmlərə görə ən azı 1 mlrd. dollardan söhbət gedir. Xüsusən də əyalətlərdə minlərlə aztəminatlı ailənin ayaqda qalmasında bu vəsaitlərin ciddi payı var”.

R. Ağayev vurğulayıb ki, son 3-4 ildə Azərbaycanın ödəmələr balansının cari hissəsində profisitin ən azı 12-15%-i məhz bu pul göndərişləri sayəsində yaranıb./AzPolitika.info

XƏBƏR LENTİ