Sərhədçilər iş başında -Kulli miqdarda narkotik vasitə aşkar olunub

672 21-04-2020, 10:10 hadise / bolge

Sərhədçilər iş başında -Kulli miqdarda narkotik vasitə aşkar olunubAzərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədi­nin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Son həftə ərzində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının əməkdaşlarının sayıqlığı nəticəsində 17 kq 290 qram narkotik vasitənin və 195 ədəd metadon m40 həbinin, 1 ədəd 9 mm-lik “Maqnum” tapançasının, 1 ədəd tapançaya məxsus daraq və 28 ədəd patronun dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

Belə ki,15 aprel tarixində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazi­sində iki şəxsin İran İslam Respub­li­ka­sın­dan Azərbaycan Respulikası istiqamətinə doğru hərəkətini aşkar edən sərhəd naryadı “Dayan” əmrini vermiş­dir. Geriyə qaçmağa cəhd göstərən sərhəd po­zucularını saxlamaq üçün havaya xəbərdarlıq atəşi açılmış və təqib edilərək yaxalanmışlar. İran İslam Respublikasının vətəndaşı olan 2 sərhəd pozucusunun üzərinə baxış zamanı 1 kq 725 qram heroin, 1 kq 800 qram marixuana, 1 kq 335 qram tiryək, 400 qram metamfetamin və 195 ədəd metadon m40 həbi aşkar edilərək götürülmüşdür.

Eyni zamanda 19 aprel tarixində “Horadiz” sərhəd dəstəsinin xidməti əra­zisində dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmışdır. Sərhəd pozucusu geriyə qaçmış, hadisə yerindən ümumi çəkisi 12030 qram olan narkotik maddə (11355 qram marixuana, 620 qram heroin, 55 qram metafetamin-kristal), 1 ədəd 9 mm-lik “Maqnum” tapançası, 1 ədəd tapançaya məxsus daraq və 28 ədəd patron aşkar olunaraq götürülmüşdür.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbərdar.net

XƏBƏR LENTİ