Karantin qaydalarını pozdu, Qəza törətdi, qaçdı - ŞİKAYƏT VİDEO

1 216 2-05-2020, 16:02 cemiyyet / hadise

Karantin qaydalarını pozdu, Qəza törətdi, qaçdı - ŞİKAYƏT  VİDEOXeberdar.net'ə 29 aprel 13:30 radələrində Paytaxtın Ziya Bünyadov prospektində 10 MM 100 Dövlət qeydiyyat nişanli "Toyota" "Prado" markalı avtomobilin 99 SD 845 dövlət qeydiyyat nişanlı "RENAULT" "Megan" markalı avtomobilin yoluna çıxaraq qəza törətməsi barədə müraciət daxil olub. Qəza nəticəsində "RENAULT" Markalı avtomobildə olan sərnişin xəsarət alıb. Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və daha sonra Təcili tibbi yardım maşını gəlib. Qəzanı törədən şəxs yəni "Toyota" markalı avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb. Həmin şəxsin 1943 cü il təvəllüdlü Dadaşov Əliyar Ələkbər oğlu olduğu müəyyən edilib. Həmin 77 yaşlı şəxs qəza törətməklə yanaşı həm də karantin rejim qaydalarını kobud şəkildə pozub. Hadisə təhlükəsizlik kameraları vasitəsilə anbaan qeydə alınıb. Qəzadan sonra "Renault" markalı avtomobilin sağ tərəfi yararsız vəziyyətə düşüb. Hal-hazırda şikayətçi şəxs hüquqi prosedurların yerinə yetirilmədiyini, maşına xəsarət yetirən şəxs ilə bağlı heç bir tədbir gorulmədiyindən şikayətlənir.
Hadisə ilə bağlı araşdırmalarımız davam edəcək.

XƏBƏR LENTİ