Bakıda bir neçə yolda hərəkət məhdudlaşdırılıb –AAYDA

691 4-05-2020, 10:57 cemiyyet

Bakıda bir neçə yolda hərəkət məhdudlaşdırılıb –AAYDABakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 4 və 5 may tarixlərində Moskva prospektindən, həmçinin Bakı Dairəvi-1 avtomobil yolundan “Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan və Biləcəri enişindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Təmir-tikinti işləri Müzəffər Həsənov küçəsinin 20 Yanvar dairəsindən Mirzə Abbas Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində də aparılır. Bu üzdən təmir işləri bitənədək küçənin sözügedən hissəsi ilə də hərəkət məhdudlaşdırılıb.

XƏBƏR LENTİ