"Qətiyyən arxayınlaşmaq olmaz" - Adil Əliyev

867 5-05-2020, 17:52 cemiyyet

"Qətiyyən arxayınlaşmaq olmaz" - Adil Əliyev"Qətiyyən arxayınlaşmaq olmaz" - bu sözləri Milli Məclisin sədr müavini Adil Əliyev Facebook səhifəsində bildirib.

Xeberdar.net xəbər verir ki, Adil Əliyev bildirib ki, "Əziz dostlar, Bildiyiniz kimi, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar qəbul olunmuşdur. Bununla belə, ölkəmizdə bu infeksiyaya yoluxma halları hələ də davam edir və qətiyyən arxayınlaşmaq olmaz. Ona görə də, mövcud vəziyyəti vətəndaşlarımıza düzgün ifadə etməliyik. Qeyd olunmalıdır ki, hər kəs zəruri sosial davranış qaydalarına, şəxsi gigiyena və tibbi-profilaktik qaydalara əməl etməli, yalnız zəruri hallarda evdən çıxmalı, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmalıdır. Bununla da, vətəndaşlarımız həm özlərinin və ailələrinin sağlamlıqlarını qoruyacaq, həm də dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərmiş olacaqlar."


Mirzə li

XƏBƏR LENTİ