Gəncədə maşın qadını vurub

711 10-05-2020, 16:44 hadise / bolge

Gəncədə maşın qadını vurubGəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Şəmistan Mirzəyev idarə etdiyi "VAZ 21015” markalı minik avtomobili ilə hərəkətdə olan zaman yolu keçmək istəyən orta yaşlı qadını vurub. Qadın sürücü tərəfindən xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Hazırda piyadanın şəxsiyyəti müəyyənləşdirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ